Bakıda qanunsuz tikintilərlə bağlı daha çox cinayət işi açılan rayonlar – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qanunsuz tikintilərlə bağlı daha çox cinayət işi açılan rayonlar – SİYAHI

12:09 - 10 / 08 / 2018
Bakıda qanunsuz tikintilərlə bağlı daha çox cinayət işi açılan rayonlar – SİYAHI

Son 6 il ərzində (2012-2018-ci illər) qanunsuz tikintilərlə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 olub.

1news.az xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır, digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır:

“Bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub. Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.

K.Əliyev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir:

“Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824, əmlak üzərinə qoyulan həbs 6 milyon 12 min 367 manatdır”.

1news.az

Paylaş:
649

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər