Bakıda jurnalistin hamilə arvadını döyməsini əks etdirən FOTOlar yayımlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda jurnalistin hamilə arvadını döyməsini əks etdirən FOTOlar yayımlanıb

13:22 - 14 / 08 / 2018
Bakıda jurnalistin hamilə arvadını döyməsini əks etdirən FOTOlar yayımlanıb

Bakıda hamilə qadın küçənin ortasında əri tərəfindən döyülüb.

1news.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Belə ki, Lent.az-ın redaktoru vəzifəsində işləmiş jurnalist Anar Gəraylı bir neçə ay öncə ailə həyatı qurduğu Pərvanə Qurbanlını küçənin ortasında döyüb. Hamilə olduğu bildirilən P.Qurbanlı hadisə nəticəsində ağır xəsarətlər alıb. 

Sözügedən hadisə bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dünən isə işgəncə izlərini əks etdirən fotolar yayımlanıb.

Məlumata görə, jurnalist Anar Gəraylı Bundan öncə də dəfələrlə şiddətə məruz qaldığını qeyd edən Pərvanə Qurbanlı hüquq-mühafizə orqanlarına müraciət edib.

1news.az

Paylaş:
1916

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər