“Euronews” Bakıdakı bazarla bağlı süjet yayımlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Euronews” Bakıdakı bazarla bağlı süjet yayımlayıb

15:28 - 14 / 08 / 2018
“Euronews” Bakıdakı bazarla bağlı süjet yayımlayıb

“Euronews” telekanalının "Postcards" ("Açıqcalar") bölümündə Bakıdakı "Yaşıl bazar"la bağlı süjet yayımlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, süjetdə "Yaşıl bazar"ın müxtəlif ərzaq məhsullarının satıldığı məkan olduğu, həmçinin qurmanların burada istədikləri hər şeyi tapa biləcəkləri bildirilib.

Müəllif Sercio Kantone Qafqazın rənglərinin və ətirlərinin burada toplaşdığını, hər səhər ölkənin müxtəlif regionlarından "Yaşıl bazar"a təzə məhsulların gətirildiyini qeyd edib. Vurğulanıb ki, bazarda satılan dadlı, ekzotik, faydalı məhsullar arasında müxtəlif növ balıqlar, həmçinin əla növ pendir çeşidləri, plovun hazırlanmasında və ümumilikdə Azərbaycan mətbəxində istifadə olunan zəfəran əldə etmək mümkündür.

"Yaşıl bazar"ın sadəcə ticarət məntəqəsi olmadığını deyən müəllif qeyd edib ki, bura satıcılarla ünsiyyət, məhsulların ətir və rəngləri, Azərbaycanın ənənələri ilə daha yaxından tanışlığa imkan verir.

S.Xankişiyeva

 

 

Paylaş:
372

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər