Zakir Qaralov hərbi hissədə vəfat edən əsgərin atasını qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralov hərbi hissədə vəfat edən əsgərin atasını qəbul edib – FOTO

12:09 - 14 / 08 / 2018
Zakir Qaralov hərbi hissədə vəfat edən əsgərin atasını qəbul edib – FOTO

Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

1news.az-ın verdiyi xəbərə görə, A.Əbilov görüşdən və ona verilən məlumatlardan razı qaldığını bildirib:

“Baş prokuror Zakir Qaralov bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Əsgər atası onu da əlavə edib ki, ədalətli, düzgün istintaqın aparılacağına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır və hadisənin siyasiləşdirilməsinin qəti əleyhinədir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 1news.az-a faktı təsdiqləyərək bildirib ki, əsgər Fəhmin Əbilovun ölüm faktı ilə əlaqədar atası Akif Əbilov avqustun 13-də Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

E.Sultanov əlavə olaraq bildirib ki, hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

S.Xankişiyeva

 

 

Paylaş:
1553

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər