Azərbaycanda bəzi porno saytlara giriş qadağan edildi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda bəzi porno saytlara giriş qadağan edildi – FOTO

15:30 - 15 / 08 / 2018
Azərbaycanda bəzi porno saytlara giriş qadağan edildi – FOTO

Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb.

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, sözügedən saytlar “Xvideos” və “Xnxx” porno portallarıdır. “Xvideos”a giriş tamamilə məhdudlaşdırılsa da, “Xnxx” portalına giriş mümkündür, lakin saytın interfeysi dağılmış vəziyyətdədir. Onların aylıq ziyarətçi sayı isə 350 milyondan çoxdur.

Məsələ ilə bağlı Oxu.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bu addımın doğru olduğunu bildirib:

“İstənilən halda bu, bütün dünyada olan praktikadır. Əgər orada qanunvericilinə zidd olan informasiya varsa, həmin saytlar qapanır. Bu, bütün saytlara aiddir. Terrorçuluq, dövlətçilik əleyhinə, silahlılar və azyaşlılarla bağlı olan məlumatlardır.

Sözügedən saytlar isə uşaqlara zərər verən pronoqrafik məlumatlarla doludur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmə olmadan da həmin saytları bloklamağa səlahiyyəti çatır. Bu cür resurslara qarşı belə addım atılırsa, düşünürəm ki, narahat olmaq üçün məqam yoxdur.

Nazirliyin məhkəməyə müraciət etməsi də düzgün olardı. Son qərarı məhkəmənin verməsi daha doğru addımdır. Bu cür pornoqrafik resurlar Azərbaycan ərazisində bağlanırsa, doğru yanaşmadır”. 

Qeyd edək ki, porno saytların bağlanması bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb.

1news.az

Paylaş:
14337

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər