Beynəlxalq nəşr azərbaycanlı modeli 2018-ci ilin ən cazibədar qadını hesab edir – FOTO
İki dildə (rus və ingilis) çap olunan model biznesi və böyük moda haqqında beynəlxalq nəşr olan “Modny dom” azərbaycanlı modeli 2018-ci ilin ən seksual top 20 qadınları siyahısına daxil edib.
“Bu modelin ideal bədən quruluşu, çoxlu izləyicisi var və hər gün 100% öz üzərində çalışır. Onda qadın incəliyi, zərifliyi və cazibədarlıq var”, - “Modny dom” nəşri Nuridə Əliyevanı supermodel adlandırır.
“Modellik sənəti kənardan əziyyətsiz görünsə də, əslində çox çətindir. Fasiləsiz iş rejimi, kastiqlər, çəkiliş və görüşlər – gec-tez insanı yorur və stress yaradır. Uğurlu günün təminatı – düzgün səhərdən başlayır. Yuxudan xoş əhval-ruhiyyədə və nikbin fikirlərlə oyanın. Yoqanı çox sevirəm, vaxtaşırı məşğul oluram. Yoqa həyatımı balanslaşdırır və stress atmağa kömək edir”, – deyə “Modny dom” nəşri Nuridə Əliyevanın sözlərini sitat gətirir.
S.Xankişiyeva