Sevdiyi qız ərə verilən oğlan intihar etmək istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevdiyi qız ərə verilən oğlan intihar etmək istədi

11:34 - 16 / 08 / 2018
Sevdiyi qız ərə verilən oğlan intihar etmək istədi

Hadisə Nəsimi rayonu, Azadlıq prospekti 85-də yerləşən yeni tikilməkdə olan binada qeydə alınıb.

1news.az-ın ölkə.az-a istinadla verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Telman Zeynalov yeni tikilməkdə olan binanın 15-ci mərtəbəsinə qalxaraq intihar etmək istəyib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları gənclə profilaktik söhbətlər apardıqdan sonra onu intihar etmək fikrindən daşındıra biliblər və yerə düşürdüblər. İlkin dindirmələr zamanı məlum olub ki, T.Zeynalovun intihar etmək istəməyinə səbəb sevdiyi qızın təzəlikcə ərə getməsi olub.

“Bundan sonra yaşamaq istəmirəm, sənsiz yaşaya bilmərəm Könül” - deyən gənc polisə ifadəsində də belə yazıb.

S.Xankişiyeva

 

 

Paylaş:
559

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər