Azərbaycan əhalisinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlandı

11:54 - 16 / 08 / 2018
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38 049 nəfər artaraq bu il iyul ayının 1-i vəziyyətinə 9936134 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

S.Xankişiyeva

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər