SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb

16:33 - 17 / 08 / 2018
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb

Bakının Badamdar qəsəbəsi, Xarici dairəvi yol, yeni avtomobil bazarının yaxınlığında “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən “SOCAR” ilə ikinci sıxılmış təbii qaz (STQ) (CNG - Compressed Natural Gas) yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

SOCAR-dan 1news.az-a bildirilib ki, şirkətin prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsib, Azərbaycan ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulayıb.

Qeyd olunub ki, ikinci sıxılmış təbii qaz məntəqəsinin istifadəyə verilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəliş, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Hazırda ölkəmizdə 2,6 trilyon kubmetr təsdiqlənmiş və 7 trilyon kubmetr potensial qaz ehtiyatı mövcuddur. SOCAR ölkəmizdə hasil olunan təbii qaz həcmlərinin Türkiyə və Avropa İttifaqı dövlətlərinə nəql edilməsi məqsədi daşıyan möhtəşəm Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə, dünyada enerji mənbələrinin şaxələndirilməsinə və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.

R.Abdullayev qeyd edib: “Azərbaycan vətəndaşlarının, yanacaq istehlakçılarının daha səmərəli qaz yanacaqları ilə təchiz olunması daim diqqət mərkəzindədir. Təbii qazın hasilatı və nəqli istiqamətində qazanılan nailiyyətlər bizi ölkə daxilində sıxılmış təbii qaz məntəqələri şəbəkəsinin qurulması layihəsini həyata keçirməyə ruhlandırır. Qeyd etmək istəyirəm ki, hazırda dünya miqyasında STQ yanacağına tələbat sürətlə artmaqdadır. STQ daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda daha təhlükəsiz yanacaqdır. STQ benzinə görə karbon monoksid qazını 80 faiz daha az emissiya edir. Bu layihəni həyata keçirməklə SOCAR ölkə ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.

Daha sonra SOCAR-ın prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olub. Bildirilib ki, yeni açılan məntəqədə son model Yaponiya istehsalı olan 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Onlardan 2-si STQ satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. YDM-də nağdsız satış üçün POS-terminallar, “SOCAR” yanacaq kartı, “ASAN”, “E-manat” ödəniş terminalları, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. Məntəqədə 30 nəfər işçi çalışır.

Sonda R.Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb.

Avqust-oktyabr aylarında Bakıda 5 ədəd STQ məntəqəsi istifadəyə veriləcək. Cari ilin sonunadək Bakı və paytaxt ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrin sayının ümumilikdə 20-ə çatdırılması planlaşdırılır.

1news.az

 

 

 

 

Paylaş:
1118

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər