Xatirə maşınını piyadalar üçün nəzərdə tutulan pandusda saxlayıb – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xatirə maşınını piyadalar üçün nəzərdə tutulan pandusda saxlayıb – FOTO

12:43 - 17 / 08 / 2018
Xatirə maşınını piyadalar üçün nəzərdə tutulan pandusda saxlayıb – FOTO

Müğənni Xatirə İslam idarə etdiyi 10 NC 111 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobillə Bakıda kobud qayda pozuntusuna yol verib.

1news.az-ın avtosfer.az-a istinadla verdiyi xəbərə görə, xanım müğənni idarı etdiyi bahalı maşınını boş parkinqdə yox, səkidə saxlayaraq yolu kəsib.

Fotolardan da göründüyü kimi, X.İslam avtomobili Hənifə Ələsgərov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində səkidə, özü də piyadaların hərəkəti üçün nəzərdə tutulan pandusun üstündə park edib.

Bununla da o, dayanma-durma qaydalarını kobud şəkildə pozub.

Məsələ ilə bağlı Bakı Dövlət Yol Polisi İdarəsindən 1news.az-a bildiriblər ki, faktla bağlı araşdırma aparılacaq, avtomobilin sahibi qayda pozuntusuna yol verdiyi üçün cərimələnəcək.

S.Xankişiyeva

Paylaş:
1104

Son xəbərlər

Bütün xəbərlər