“Toppuş bacı”nın səhhəti yenidən pisləşdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Toppuş bacı”nın səhhəti yenidən pisləşdi

13:56 - 20 / 08 / 2018
“Toppuş bacı”nın səhhəti yenidən pisləşdi

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.

1news.az-a axşam.az-a istinadla xəbər verir ki, əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.

“Toppuş bacı” ləqəbli aktrisa bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:

“Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm”.

1news.az

Paylaş:
1075

Son xəbərlər

Bütün xəbərlər