Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu – FOTO

Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub.
1news.az-ın publika.az-a istinadla verdiyi xəbərə görə, buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə 100 kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub.
Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib. 70 heyvandan cəmi 4-ü sağ qalıb.
Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.
S.Xankişiyeva
608