Xaçmazda qəbiristanlıqda yanğın:  20-dən çox qəbir yandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda qəbiristanlıqda yanğın:  20-dən çox qəbir yandı

16:53 - 21 / 08 / 2018
Xaçmazda qəbiristanlıqda yanğın:  20-dən çox qəbir yandı

Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, yanğın zamanı başdaşı taxtadan olan 20-dən çox qəbir yanıb.

Eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Musatafayevin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur.

Hadisə yerinə rayon yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yarım saat müddətində yanğının qarşısı alınıb. Nəticədə 1 hektar ərazi yanıb. Yanğının baş vermə səbəbləri barədə araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər