Bayram günlərində istehlakçılar dayanıqlı içməli su ilə təmin ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində istehlakçılar dayanıqlı içməli su ilə təmin ediləcək

12:12 - 21 / 08 / 2018
Bayram günlərində istehlakçılar dayanıqlı içməli su ilə təmin ediləcək

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək.

Bu barədə 1news.az-a  “Azərsu” Açıq  Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bayram günlərində qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

1news.az

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər