Bakıda zibillikdə insan qolu tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zibillikdə insan qolu tapılıb

11:11 - 24 / 08 / 2018
Bakıda zibillikdə insan qolu tapılıb

Suraxanı rayonu, Ramana qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən məişət tullantılarına yaxın ərazidə xidmət aparan polis əməkdaşları insan bədəninə məxsus qol aşkar ediblər.

1news.az-ın Ölkə.az istinadla verdiyi xəbərə görə, ağ rəngli berezentə bükülmüş qolun üzərində tatu döyməsi də var.

İlkin ehtimallara görə, kişi qolu cərrahiyə əməliyyatı zamanı amputasiya olunub və zibilliyə yaxın ərazyə atılıb.

Meyit Suraxanı Rayon Prokurorluğuna təhvil verilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər