Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edib

13:37 - 25 / 08 / 2018
Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də Şəki Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, qəbulda Şəki də daxil olmaqla Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərindən, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 21 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb, polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.

Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu hər zaman dəstəkləyəcəklərini vurğulayıblar.

Paylaş:
479

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər