İrandakı toz fırtınası Azərbaycana təsir edəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandakı toz fırtınası Azərbaycana təsir edəcək?

14:00 - 27 / 08 / 2018
İrandakı toz fırtınası Azərbaycana təsir edəcək?

İranın cənub-şərq əyalətini əhatə edən  toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.

Bu barədə 1news.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə, hazırda ölkə ərazisi üzərində  troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqərar olunub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də  toz fırtınası ölkəmizə təsir etməyəcək.

Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti  4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur.

Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir.

1news.az

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər