Bakı metrosunda gərgin anlar

Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.
Səhər saat 08 radələrində metronun “Ulduz” stansiyası ilə “Nərimanov” stansiyası arasında hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Qatarda olan sərnişinlər gərginlik yaşayıblar. Qatar platformaya çatıb və sərnişinlər vaqonlardan düşürdülüb. Qatar depoya göndərilib.
Hadisə nəticəsində qatarlar gecikdiyi üçün sərnişin sıxlığı yaşanıb.
S.Xankişiyeva
417