Yeni dərs ilinə 6 milyondan çox dərslik çap edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni dərs ilinə 6 milyondan çox dərslik çap edilib

16:46 - 28 / 08 / 2018
Yeni dərs ilinə 6 milyondan çox dərslik çap edilib

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.

1news.az

 

 

Paylaş:
1230

Son xəbərlər

Bütün xəbərlər