“AzerTelecom” 10 illiyini qeyd edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerTelecom” 10 illiyini qeyd edir

10:00 - 28 / 08 / 2018
“AzerTelecom” 10 illiyini qeyd edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin fəaliyyətə başlamasından 10 il ötür.

2008-ci ildə fəaliyyətə başlamış magistral internet provayder şirkəti ötən 10 il ərzində Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunun ayrılmaz bir hissəsinə çevrilərək korporativ sektorda qabaqcıl telekommunikasiya xidmətləri təqdim edib, ölkənin dayanıqlı və fasiləsiz internet rabitəsi xidməti ilə təminatında mühüm rol oynayıb.

Son 10 ildə şirkətin fəaliyyətində mühüm nailiyyətlər əldə olunub. Belə ki, təsis olunduqdan sonra şirkətin dayanıqlı DWDM texnologiyasına əsaslanan magistral şəbəkəsi istismara hazır vəziyyətə gətirilib, beynəlxlaq magistral xətlər və mübadilə mərkəzlərinə qoşulma həyata keçirilib, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, internetin topdan satışı, beynəlxalq tranzit kimi xidmətlərə start verilib. Daha sonrakı mərhələlərdə korporativ müştərilərə digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edilib, Bakı və regionlarda şirkətin malik olduğu infrastruktur daha da genişlənib. Nəticədə, “AzerTelecom” ölkəmizin İKT sektorunda ən aparıcı şirkətlərdən birinə çevrilib.

“AzerTelecom” şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, hazırda magistral internet provayder şirkəti ölkənin telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir.

“AzerTelecom” öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir. Biz cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafı naminə müxtəlif layihələrin reallaşmasına, yüksək texnologiyaların, innovasiyaların tətbiqinə, eləcə də korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq cəmiyyətin təhsil şüurunun inkişaf etdirilməsi istiqamətində müxtəlif elm və təhsil yönümlü layihələrin icrasına mühüm diqqət yetiririk və bu istiqamətlərdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. “AzerTelecom” şikrətinin bundan sonrakı dönəmdə də faəliyyətinin ölkəmiz üçün faydalı olacağına inanırıq” – deyə Fuad Allahverdiyev qeyd edib.

Qeyd edək ki, “AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkətin əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. “AzerTelecom” MMC-nin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Reklam hüququnda

 

Paylaş:
409

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər