“Nar” 4G istifadəçilərinin sayı 24% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” 4G istifadəçilərinin sayı 24% artıb

12:00 - 29 / 08 / 2018
“Nar” 4G istifadəçilərinin sayı 24% artıb

2018-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, 1 il ərzində “Nar” 4G internetindən istifadə edən abunəçilərin sayı 24% artıb. Hazırda 250 mindən çox abunəçi “Nar”ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edir.

Qeyd edək ki, “Nar” 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.

2018-ci ildən başlayaraq ölkənin 30-dan çox şəhər və rayon mərkəzlərində 4G baza stansiyaları istifadəyə verib və nəticədə “Nar” abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı “Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Son bir il ərzində “Nar” abunəçiləri 3.3 mln. GB həcmində data trafik istifadə edib. Öncəki illə müqayisədə bu rəqəm 36% çoxdur. Ümumi data trafik istifadəsinin 1.3 mln. GB-lıq hissəsi 4G xidmətinin payına düşür. 2018-ci ilin ilk iki rübü ərzində aparılan işlərin nəticəsi olaraq, illik 4G internetinin trafik həcmi öncəki illə nisbətdə 3 dəfədən çox olub.

Qeyd edək ki, “Nar” bu göstəricilərin daha da yüksəlməsi üçün ölkə boyunca 4G baza stansiyalarının sayını durmadan artırır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

Paylaş:
533

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər