“Hamısı yahşı oğlanlardı”: Araq içən uşaqlar  – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hamısı yahşı oğlanlardı”: Araq içən uşaqlar  – VİDEO – YENİLƏNİB

17:00 - 30 / 08 / 2018
“Hamısı yahşı oğlanlardı”: Araq içən uşaqlar  – VİDEO – YENİLƏNİB

Azyaşlı uşaqların araq içdiyi video cəmiyyət tərəfindən kəskin etiraza səbəb olub.

Məsələ ilə bağlı 1news.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib.

Komitədən məsələnin araşdırılacağı ilə bağlı məlumat verilib.

Araşdırma sona çatdıqdan sonra nəticələr ictimaiyyətə işıqlandırılacaq.

15.12

Sosial şəbəkədə Azərbaycanda 7-11 yaş aralığında olan uşaqların içki süfrəsində olan görüntüsü yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, yayılan videoda onların araq içdiyi əksini tapıb.

Kriminal aləmdə olan “qardaş”larının şəninə sağlıq deyən bu uşaqların alkoqollu içki qəbul etməsi isə sosial şəbəkədə birmənalı qarşılanmayıb.

S.Xankişiyeva

Paylaş:
1768

Son xəbərlər

Bütün xəbərlər