Azərbaycanda 72 qanunsuz miqrant saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 72 qanunsuz miqrant saxlanılıb

17:11 - 31 / 08 / 2018
Azərbaycanda 72 qanunsuz miqrant saxlanılıb

Son üç gündə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 72 əcnəbi saxlanılıb.

Dövlət Xidmətindən 1news.az-a verilən məlumata görə, onlardan 68 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisinə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları - səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

1news.az

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər