Avtomobildə gizlədilən pnevmatik tapançalar və mobil telefonlar ələ keçdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildə gizlədilən pnevmatik tapançalar və mobil telefonlar ələ keçdi – FOTO

17:19 - 03 / 09 / 2018
Avtomobildə gizlədilən pnevmatik tapançalar və mobil telefonlar ələ keçdi – FOTO

Avtomobildə gizlədilən pnevmatik tapançalar və mobil telefonlar müsadirə olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən 1news.az-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz 280” markalı nəqliyyat vasitəsi “Sınıq Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı isə, nəqliyyat vasitəsinin yük yerində olan ərzaq məhsullarının arxasında gizlədilən 13 ədəd, kalibri 4,5 millimetr və üzərində “Super air pistol” yazısı olan pnevmatik tapança, kalibri 4,5 millimetr olan üzərində “Ekol” yazılmış bir ədəd pnevmatik tapança, 4 ədəd pnevmatik silah üçün lülə, ərzaq məhsullarının arasından bir ədəd “Samsung Galaxy A6”, bir ədəd “Samsung Galaxy J6”, 3 ədəd “Samsung Galaxy J3”, 7 ədəd “Samsung Galaxy J1”, bir ədəd “Xiomi A1”, üzərinə “B 8000” yazılmış 7 ədəd, “Corn” yazılmış 3 ədəd, “H-mobile” yazılmış 5 ədəd, “Etec” yazılmış 5 ədəd, “Kctel” yazılmış 15 ədəd, “Boom” yazılmış 10 ədəd, “ZHT” yazılmış 5 ədəd, “Y-Fine” yazılmış 5 ədəd, “Fuha” yazılmış 5 ədəd mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər