Tarixin ən qəddar və qaniçən 10 qadını – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarixin ən qəddar və qaniçən 10 qadını – FOTO

09:58 - 03 / 09 / 2018
Tarixin ən qəddar və qaniçən 10 qadını – FOTO

Qəddarlıq və qaniçənlik deyəndə ilk növbədə ağlımıza kişilər gəlir. Amma dünya tarixində qəddarlığı ilə bir çox kişini kölgədə qoyan qadınlar da olub.

1news.az Ölkə.az-a istinadən dünya tarixinin ən qəddar 10 qadınının siyahısını təqdim edir.

1.İrma Qreze

İrma İlze Qreze 1923-cü ilin 7 oktyabr tarixində Almaniyada anadan olub və 1945-ci ilin 13 dekabrında düynasını dəyişib. İrma nasistlərin əsir güşərgələrində işləyib və Bergen-Belzendə qadınların rəhbəri olub.

O, Belzen məhkəməsi tərəfindən bəşəriyyətə qarşı cinayətdə ittiham edilərək edam edilib. İrma müxtəlif cəzaları xoşlayırdı. O, ağır çəkmə geyinir və əsirləri bu çəkmə ilə döyürdü. O, üzərində tapança gəzdirir və tez-tez istifadə edirdi.

2.Mayra Hindli

Mayra 1942-ci ildə anadan olub və ingilisdir. Yan Bredi ilə birlikdə 5 azyaşlı uşağı zorlayıb və öldürüb. Hindlini polisə qardaşı təhvil verib. Mayra ömürlük həbsə məhkum edilib və 2002-ci ildə ölüb.

3.Kastilyalı İzabella

1451-ci ildə anadan olub və 1501-ci ildə ölüb. İzabella Kastiliya və Leonun kralıçası idi. İzabella və əri müsəlmanları və yəhudiləri ölkədən qovurlar və Xristofor Kolumbun səyahətini maliyyələşdirirlər.

İzabella katolik olmayan minlərlə insanı diri-diri yandırıb.

4.Beverli Allit

İngilis qadınıdır və 4 uşağın qətlində, 3 uşağı öldürməyə cəhddə və 6 uşağa ciddi bədən xəsarəti yetirməkdə ittiham edilib. Bütün cinayətləri isə 59 gün ərzində, Kesteven xəstəxanasında edib. Burada Beverli tibb bacısı işləyib.

5.İngiltərə kraliçası I Mariya
I Mariya 1516-cı ilin 16 fevralında anadan olub, 1558-ci ilin 17 noyabrında vəfat edib. Protestantları qəddarcasına təqib etdiyi üçün "Qanlı Meri" adlandırılıb. O dövrdə bir çox protestant dini görüşünə görə edam edilib. Asılmaqdan qorxan 800 nəfər isə ölkəni tərk edib.

6.Bell Sorensen Hannes

173 sm boyu, 91 kq çəkisi olan Hanness fiziki cəhətdən güclü idi. Amerikanın ən qəddar qatillərindən sayılır. Əslən Norveçdəndir. O, hər iki ərini, övladlarını qətlə yetirib. Eyni zamanda pərəstişkarlarını qızlarının sevgililərini də öldürüb. Qətlin motivi isə acgözlükdür. Qətllərdən sonra sığorta, əmlak və zinət əşyaları onun əlinə keçib. 20-dən çox ölümə imza atıb.

7.Meri Enn Kotton

1832-ci ildə İngiltərədə anadan olub. 20 yaşı olanda Uilyam Moubreylə evlənib və Plimuta köçüb. Cütlüyün 5 övladından 4-ü qızdırma və qarın sancısından ölüb. Sonradan doğulan 3 körpə də eyni simptomlarla dünyasını dəyişib. 1865-ci ildə ailə başçısı Uilyam da ölür. Meri 35 funt sığorta pulu alır. Tezliklə onun ikinci əri və sağ qalan iki övladı da ölür.

Sonradan məlum olub ki Meri 3 ərini, sevgilisini, anasını və onlarla övladını siçan dərmanı ilə zəhərləyərək öldürüb. Edam edilib.

8.İlza Kox 

1906-cı ildə anadan olub. "Buxenvald ifritəsi" kimi tanınır. Karl-Otto Koxun arvadıdır. Amerikalı hərbçilərin mühakimə etdiyi nasistlərdəndir. 1940-cı ildə Buxenvalddakı qadın mühafizəçilərə rəis təyin edilib. O, insan dərisindən suvenir hazırlayır, tatusu olan bütün məhkumları öldürürdü. İlza məhkumları şallaqla döyür və üstlərinə it buraxırdı. 1967-ci ildə isə qadın həbsxanasında intihar edib.

9.Ketrin Nayt

1955-ci ildə anadan olub. Hələ də ömürlük həbsdədir. Ketrin dəfələrlə faciəyə səbəb olan ailə qalmaqalının səbəbkarıdır. Bir dəfə mübahisə vaxtı sevgilisinin gözü qarşısında 8 aylıq küçüyün boğazını kəsib. Digər sevgilisini ondan ayrıldığına görə döyərək dişlərini sındırıb. Onu tərk etmək istəyən Praysa isə 37 bıçaq zərbəsi vurub, başını kəsərək qazana atıb və sup bişirik. Bu yeməyi isə Praysın uşaqlarına yedirib.

10.Yelizaveta Batori

Qrafinyadır. 1560-cı ildə Macarıstanda anadan olub və 1614-cü ildə vəfat edib. Ən çox insan öldürən qadın kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Yelizaveta kəndli qızlarını qəddarcasına döyür, yandırır, bədənlərini parçalayır, üz dərilərini soyur, iynə batırır və öldürürdü. Nəticədə qrafinyanı öz otağına həbs etdilər və o, burada öldü.

1news.az

Paylaş:
3599

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər