Azərbaycan Beynəlxalq Bankı regional İnkassasiya Mərkəzi yaratdı – FOTO
Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin optimallaşdırılması, əhaliyə bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə inkassasiya sisteminin təkmilləşdirilməsi istiqamətində də tədbirlər həyata keçirir. Bu prosesin davamı kimi Yevlax rayonunda bankın İnkassasiya Mərkəzi yaradılıb.
İlkin mərhələdə Mərkəz Yevlax, Tərtər, Ağdam, Ağdaş rayonlarında, eləcə də Mingəçevir şəhərində olan bankomatlara xidmət göstərəcək. Ümumilikdə isə ətraf rayonlardakı bankomatlar da daxil olmaqla mərkəzin 115 bankomatın inkassasiyasını həyata keçirməsi nəzərdə tutulur. Belə bir mərkəz regionda inkassasiya işinin mərkəzləşdirilmiş qaydada, yüksək təhlükəsizlik şəraitində və operativ rejimdə həyata keçirilməsinə imkan verəcək.
Regional inkassasiya mərkəzinin yaradılması təcrübəsi ilk dəfə Bakıda tətbiq olunub. Müsbət nəticə verdiyindən bank bu təcrübədən digər regionlarda da faydalanmaq niyyətindədir. Yevlaxdakı İnkassasiya Mərkəzinin ardınca digər bir neçə bölgədə də belə regional mərkəzlərin təşkili planlaşdırılır. Qeyd edək ki, bu mərkəz yaradılana qədər həmin regiondakı bankomatların inkassasiyasını bankın yerli filial və şöbələri həyata keçirirdi. Regional inkassasiya mərkəzlərinin təşkili Azərbaycan Beynəlxalq Bankında inkassasiya işinin səmərəliliyini və effektivliyini artıracaq.
Azərbaycan Beynəlxalq Bankı ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Respublika üzrə bankın 756 bankomatı müştərilərin xidmətindədir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Reklam hüququnda