Azərbaycanda bu şəxslər vergidən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu şəxslər vergidən azad edildi

14:49 - 04 / 09 / 2018
Azərbaycanda bu şəxslər vergidən azad edildi

Sentyabrın 1-dən din xadimlərinə dövlət tərəfindən verilən maddi yardımlara sosial və vergi tutmalarının tətbiqi dayandırılır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlaması münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda Prezidentin Ehtiyat Fondu hesabına 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır:

"Bu yardımlara müəyyən sosial və vergi tutmaları tətbiq edilir. Prezident bunu bildikdə onların dayandırılması haqqında tapşırıq verdi. Sentyabrın 1-dən xadimlərimiz maddi yardımı vergisiz, yəni yazıldığı qədər alacaqlar".

M.Qurbanlı qeyd edib ki, dövlət məscidlərdə işləyən imam və qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirməyi də nəzərdə tutur: "Yəqin ki, yaxın aylarda bunu görəcəyik. Bütün bunlar ona görə edilir ki, dövlət və din arasında daha möhkəm körpü olsun".

M.Qurbanlı onu da əlavə edib ki, ən mühüm vəzifə milli mənəvi dəyərlərimizi hifz etmək, onları yad təsirlərdən qorumaqdır: "Məscidlər dövlətimizin dayağıdır və insanlara daha yüksək vətənpərvərlik ruhunun qaldırılmasına çalışmalıdır".

S.Xankişiyeva

 

Paylaş:
803

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər