Bakıda təhsil mərkəzində meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda təhsil mərkəzində meyit tapıldı

16:39 - 04 / 09 / 2018
Bakıda təhsil mərkəzində meyit tapıldı

Bakıdakı təhsil mərkəzində ölüm hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Xətai rayonunda yerləşən Xabad-Or-Avner təhsil mərkəzində qeydə alınıb.

Məktəbin mühafizəçisi 1968-ci il təvəllüdlü Baloğlan Muradzadənin meyiti məktəbin sanitar qovşağında aşkar edilib.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, Xabad-Or-Avner təhsil mərkəzində yəhudi uşaqlar təhsil alır.

S.Xankişiyeva

 

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər