Buzovna qəsəbəsi  və Albalılıq yaşayış massivində su omayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovna qəsəbəsi  və Albalılıq yaşayış massivində su omayacaq

12:01 - 04 / 09 / 2018
Buzovna qəsəbəsi  və Albalılıq yaşayış massivində su omayacaq

Bu gün Buzovna qəsəbəsi  və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumata görə, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 4 sentyabr  tarixində gün ərzində Buzovna qəsəbəsi  və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər