Bakının mərkəzində kişi meyiti tapıldı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində kişi meyiti tapıldı – FOTO – VİDEO

14:52 - 05 / 09 / 2018
Bakının mərkəzində kişi meyiti tapıldı – FOTO – VİDEO

Bakının mərkəzində, Nəsimi heykəlinin yaxınlığında 30-35 yaşlarında olduğu ehtimal edilən kişi meyiti tapılıb.

Rayon polis İdarəsindən 1news.az-a bildiriblər ki, meyitin üzərində hər hansı zorakılıq izlərinə rast gəlinməyib. Bu səbəbdən də mərhumun ürəktutmasından, yüksək dozada narkotik maddə qəbul etməsindən və yaxud da başqa səbəbdən öldüyü güman edilir.

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.

Polis mərhumu tanıyan şəxslərdən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etməyi və yaxud Səbail rayon Polis İdarəsinə (ünvan: Abbasqulu Abbaszadə küç., 1073, Milli Məclisin binasından yuxarı. tel.: (012) 437-02-02) müraciət etmələrini xahiş edir.

1news.az

Paylaş:
2001

Son xəbərlər

Bütün xəbərlər