Paytaxtın bu ərazilərində su olmayacaq

Bu gün Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 5 sentyabr tarixində gün ərzində 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
367