Sosial şəbəkələrdə sağlıq deyən uşaqlarla bağlı qərar verildi - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial şəbəkələrdə sağlıq deyən uşaqlarla bağlı qərar verildi - RƏSMİ

10:48 - 05 / 09 / 2018
Sosial şəbəkələrdə sağlıq deyən uşaqlarla bağlı qərar verildi - RƏSMİ

Sosial şəbəkələrdə əllərində stəkan tutub sağlıq deyən azyaşlıların valideynləri cərimələnib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, son günlər bəzi saytlarda, sosial şəbəkələrdə spirtli içki qəbul edən və siqaret çəkən azyaşlıların videogörüntüləri yayımlanıb:

"Həmin görüntülərin harada və kimlər tərəfindən çəkilməsi, internet səhifələrində yayılması ilə bağlı müvafiq araşdırma aparılıb. Nəticədə yayılmış videogörüntülərin Ağdam rayonunun Bənövşələr qəsəbəsində çəkildiyi müəyyən edilib.

Həmin kəndə qonaq gələn, əslən Ağdam və Xocavənd rayonlarından olan, Bakı şəhərində anadan olmuş iki yeniyetmə bu ilin iyun ayında Bənövşələr qəsəbəsində əvvəllər tanıdıqları, həmyaşıdları olan iki qardaşla sonuncuların yaşadıqları evin həyətində məclis qurmağı və çəkiliş etməyi planlaşdırıblar.

Bu məqsədlə evdən müəyyən mətbəx əşyaları və qida məhsulları gətirərək həyətə düzmüş, su doldurulmuş qabı “spirtli içki” adı ilə süfrəyə qoyublar".

Onun sözlərinə görə, “Məclis”də yeniyetmələr hazırda hərbi xidmətdə olan bir həmkəndlilərinin şərəfinə sağlıq deyərək əvvəlcədən stəkanlara doldurduqları suyu içiblər:

"Az sonra sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntüləri də paytaxtdan gəlmiş oğlanlardan biri çəkərək şəxsi "İnstagram" səhifəsində yerləşdirib, oradan isə sosial şəbəkələrə və müxtəlif saytlara yayılıb.

Araşdırma zamanı azyaşlılar və onların valideynləri ərazi aidiyyəti üzrə polis orqanlarına dəvət edilib, onlarla zəruri profilaktik söhbətlər aparılıb, yetkinlik yaşına çatmayanların tərbiyə olunması ilə bağlı valideyn kimi üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi onlardan tələb edilib.

Hər bir valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, barələrində inzibati protokol tərtib olunub və onlar inzibati qaydada cərimə ediliblər. Gələcəkdə azyaşlılar tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsinin qarşısının alınması və onlar üzərində nəzarətin artırılması məqsədilə yeniyetmələr fərdi nəzarətə götürülüblər".

"Təəsüflə qeyd edilməlidir ki, azyaşlılar barəsində bu cür neqativ halları əks etdirən məlumatlar müvafiq tədbirlərin görülməsi və qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumlarına, o cümlədən ərazi polis orqanlarına deyil, ucuz sensasiya, reytinq dalınca qaçan bəzi xəbər saytlarına, internet resurslarına ötürülür.

Aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilməmiş, yoxlanılmamış belə məlumatlar ictimaiyyətdə çaşqınlıq yaradılmasına xidmət edir ki, bu da qətiyyən yolverilməzdir", - O.Mansurzadə qeyd edib.

S.Xankişiyeva

“Hamısı yahşı oğlanlardı”: Araq içən uşaqlar  – VİDEO

 

 

Paylaş:
1095

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər