OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın görməli yerləri ilə tanış olublar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın görməli yerləri ilə tanış olublar – FOTO

11:42 - 05 / 09 / 2018
OANA İcraiyyə Komitəsinin üzvləri Tehranın görməli yerləri ilə tanış olublar – FOTO

Sentyabrın 4-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin görməli yerləri ilə tanış olublar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, şəhərin Ərq meydanının yaxınlığında Tehran sədləri arasında yerləşən və Qacarlar sülaləsi dövrünə aid Gülüstan sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.

Məlumat verilib ki, XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən inşa olunan saraydan sonralar Qacarlar sülaləsi iqamətgah kimi istifadə edib. Pəhləvilər sülaləsi dövründə mühüm mərasimlərin keçirildiyi saray hazırda muzey kimi fəaliyyət göstərir.

Həmin gün AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov ilə İranın Mehr xəbər agentliyinin baş direktoru Əli Əsğəri arasında görüş olub.

Görüşdə agentliklər arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Baş direktor Əli Əsğəri bildirib ki, agentlik öz internet saytında Azərbaycan dili bölməsi yaratmaq niyyətindədir. Əli Əsğərinin təşəbbüsünü yüksək qiymətləndirən Aslan Aslanov bu işdə Mehr xəbər agentliyinə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
633

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər