Misirdə Dünya Gənclər Forumu keçiriləcək

2018-ci ilin noyabr ayının 3-dən 6-na dək Misirin Şarm əl-Şeyx şəhərində Misir Ərəb Respublikasının Prezidenti Əbdul Fəttah əl-Sisinin himayəsi altında və iştirakı ilə II Dünya Gənclər Forumu təşkil olunacaq.
1news.az-a Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən verilən məlumata görə, Azərbaycan ictimaiyyətində nüfüza malik və müxtəlif sahələrdə müstəsna əməyi olan gənclər dünyanın ən nüfuzlu forumlarından biri olan bu forumda iştirak etməyə dəvət edilib.
Əlavə məlumat almaq və forumda iştirak etmək istəyənlər forumun elektron ünvanında(wyfegypt.com) qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən hər kəsdən Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə (012-561-12-17) müraciət etmələri xahiş olunur.
1news.az