Məhərrəmlik ayı ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhərrəmlik ayı ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri müzakirə olunub – FOTO

11:00 - 06 / 09 / 2018
Məhərrəmlik ayı ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri müzakirə olunub – FOTO

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib.

1news.az-a Komitənin mətbuat xidmətindən ə verilən məlumata görə, DQİDK sədrinin müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycandakı dini durum, bu sahədə baş verən proseslər, tendensiyalar, o cümlədən bəzi xarici ölkələr, onların nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. S.Heydərovun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.

S.Heydərov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat verib. Natiq bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər qurumlar, o cümlədən hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın sədr müavini dini radikalizmlə mübarizədə preventiv (qabaqlayıcı), zəruri hallarda isə proflaktik tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. S.Heydərov onu da qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov çıxış edərək dini radikalizmə qarşı mübarizədə aidiyyəti qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib. S.Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

S.Xankişiyeva

Paylaş:
585

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər