Azərbaycanlı 5 qat dünya çempionu həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı 5 qat dünya çempionu həbs edildi

15:21 - 07 / 09 / 2018
Azərbaycanlı 5 qat dünya çempionu həbs edildi

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

1news.az Unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.

1news.az

Paylaş:
2153

Son xəbərlər

Bütün xəbərlər