Qayınana gəlininin başına iş açdı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qayınana gəlininin başına iş açdı – VİDEO

10:35 - 10 / 09 / 2018
Qayınana gəlininin başına iş açdı – VİDEO

Gəlin keçmiş qaynanasının onun adına kredit götürdüyünü amma indi pulu ödəməkdən boyun qaçırdığını iddia edir.

1news.az-ın “Xəzər Xəbər”-ə istinadən verdiyi xəbərə görə, hadisə Yevlax rayonunda baş verib. Gözdən əlil olan gəlin boşandıqdan sonra bir uşağı ilə atası evinə qayıtdığını və əlavə ödənişin onlara çətinlik yaratdığını bildirir. Məsələyə hüquqşünaslar da münasibət bildirib.

Gözdən əlil olan gəlin qaynanasının onun adına kredit götürdüyünü və ödəməkdən imtina etdiyini iddia edir.

Yevlaxın Aran qəsəbəsindən Tərtər rayonuna gəlin köçən Aygün İbrahimovanın adına qaynanası Mehbarə Bəylərova 500 dollar məbləğində kredit götürüb. Bir müddət keçdikdən sonra gəlin boşanıb ata evinə qayıtsa da kredit kartı həmin evdə qalıb və hər ay ödənilməli olan məbləğ Aygün İbrahimovanın əlilik üçün təyin edilən 47 manatdan tutulub.

Yevlax sakini 2 il ərzində ödəmə eləsə də hələ də banka 404 manat borclu qaldığını deyir. Qadın bunu ödəməkdə çətinlik çəkdiyindən keçmiş qaynanasına krediti ödəməsini bildirsə də ona yox cavabı verilib.

Bir övladı ilə atasının himayəsinə sığınan qadın çarəsiz qaldığını bildirir. Məsələ ilə bağlı qarşı tərəfində fikirlərini öyrənməyə cəhd etsəkdə cavabsız qalıb.

Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirovun '”Xəzər Xəbər”' verdiyi açıqlamaya görə kredit müqaviləsi Aygün İbrahimov yəni gəlinin adına rəsmiləşdiyindən krediti də o ödəməlidir. Amma gəlin pulun həqiqətəndə keçmiş qayınanasına verildiyini sübut edən faktlar və şahidlər taparaq məhkəməyə müraciət edə və ona dəyən maddi mənəvi ziyana görə ödəniş tələb edə bilər.

1news.az

Paylaş:
570

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər