“ABAD” zərgərlik üzrə peşəkar təlimlərə start verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ABAD” zərgərlik üzrə peşəkar təlimlərə start verib - FOTO

12:30 - 10 / 09 / 2018
“ABAD” zərgərlik üzrə peşəkar təlimlərə start verib - FOTO

Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” Məktəb milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib.

1news.az-ın məlumatına görə, təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat əldə edəcəklər. Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olacaq, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnəcəklər.

“ABAD” Məktəbdə zərgərlik təlimlərini bitirən şəxslər sərbəst fəaliyyət üçün sertifikat əldə edəcək, eyni zamanda, “ABAD”la müqavilə bağlayaraq məhsullarını hazırlayıb “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı qazanacaqlar. Məktəbdə daha çox gümüşdən hazırlanan zinət əşyaları təqdim olunacaq. Əlavə olaraq, “ABAD” Məktəbdə qiymətli təbii qaşlardan ənənəvi təsbehlər hazırlanması üçün də şərait yaradılıb.

Təlimlər peşəkar “ABAD”çı zərgərlər tərəfindən keçiriləcək.

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.

1news.az

Paylaş:
554

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər