Bakının mərkəzində cinsi azlıqların bayrağı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində cinsi azlıqların bayrağı – FOTO

12:42 - 10 / 09 / 2018
Bakının mərkəzində cinsi azlıqların bayrağı – FOTO

Cinsi azlıqlar Bakının mərkəzində, “Tarqovı” kimi tanınan Nizami küçəsində öz bayraqlarını açıblar.

1news.az-ın məlumatına görə, foto “Facebook” sosial şəbəkəsində “Minority Azerbaijan” səhifəsində yerləşdirilib.

"Dostlarımız Bakıda" başlığı ilə paylaşılan fotodan da göründüyü kimi, iki nəfər şəxs cinsi azlıqlara aid bayrağı açaraq nümayiş etdiriblər.

Qeyd edək ki, cinsi azlıq nümayəndələri olduğu güman edən şəxslər şərhlər yazaraq həmcinslərinə dəstəklərini nümayiş etdiriblər. 

Məlumata görə, bayrağı nümayiş etdirən zaman ətrafdakı insanlar tərəfindən heç bir aqressiya olmayıb.

S.Xankişiyeva

 

Paylaş:
5958

Son xəbərlər

Bütün xəbərlər