Oksana Rəsulova: Allahdan hər bir qadının ana olmağını arzu edirəm – FOTO
Məşhur azərbaycanlı aktrisa və rəqqasə Oksana Rəsulova uzun müddət KİV-lə ünsiyyət saxlamasa da, hamiləliyi haqqında 1news.az-a verdiyi müsahibədə bildirib.
Xatırladaq ki, son bir il ərzində mətbuatda Oksananın hamiləliyi ilə bağlı bir sıra fikirlər yayılıb – bəziləri onun süni yolla hamilə qalmasında, bəziləri isə avqustun sonunda artıq ana olduğunu yazıblar. Lakin aktrisa bütün bunlara heç bir şərh verməyərək sadəcə bir dəfə Instagram səhifəsində gizli ailə qurduğunu qeyd edir.
“Bu gün xoşbəxtəm. Bir il öncə sevdiyim insanla ailə həyatı qurmuşam. Şəxsi həyatımla bağlı hər şeyin gizlin qalacağına söz vermişəm”.
Lakin Oksana bundan artıq məlumat verməyərək ilk dəfə olaraq 1news.az-a müsahibə verərək, ilk dəfə ana olacağını dilə gətirib:
“Mənim şəxsi həyatım barədə danışmamağa bir neçə səbəblərim var idi. Mən bir çox insanların tənqidlərinə tuş gəldim. Amma eyni zamanda bir çoxları da məni dəstəklədi. Yazılan hər bir şərhi oxuyurdum.
Bəli, mənim şəxsi həyatım həmişə göz önüdə olub, amma özümə söz verdim ki, bu, bir daha olmayacaq. Ümumiyyətlə, mən heç bir problemlərimi tamaşaçı ilə paylaşmamışam, amma nədənsə şəxsi həyatım həmişə diqqət mərkəzində olub.
Mən ailə qurdum, hamilə oldum. Amma bu barədə heç bir müsahibə vermədim, çünki mətbuat nümayəndələri və aparıcıları sayəsində çox stress keçirdim. Mənim problemlərim barədə bilmədən xəbərlər yazdılar. Ancaq onların da başına eyni problemlərin gələ biləcəyini düşünməlidirlər.
Həyəcanlandım, ağladım, üzüldüm, amma özümə söz verdiyim üçün heç kimə heç bir şey demədim. Mən indi də bu barədə danışmayacağam. Amma həyatımda baş verən dəyişiklikləri bölüşmək istəyirəm. Allahdan hər bir qadının ana olmağını arzu edirəm”.
KİV nümayəndələrinə müraciət edən Oksana bildirib ki, şəxsi həyatı ilə bağlı suallar verilməsin:
“Kiminsə haqqında fikir yürüdərkən, diqqətli olun. Çalışın ki, kiminsə qəlbini sındırmayasınız, çünki sizin də qəlbiniz qırıla bilər”.
Hamilə Oksananın fotolarını Pəri Arifqızı, onun stili üzərində Nura Babayeva çalışıb.
Tərcümə: S.Xankişiyeva