Təhsil naziri məktəb rəhbərliklərini Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməyə çağırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri məktəb rəhbərliklərini Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməyə çağırdı

19:05 - 12 / 09 / 2018
Təhsil naziri məktəb rəhbərliklərini Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməyə çağırdı

"Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək".

1news.az-ın məlumatına əsasən, bunu təhsil naziri Ceyhun Bayramov qeyd edib.

Onun sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər:

"Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".

Qeyd etmək lazımdır ki, bu il Aşura günü sentyabrın 20-ə təsadüf edir.

Babək Cahandarov

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər