Azercell-in dəstəyi ilə məktəblilərimizin də iştirak etdiyi Beynəlxalq İnformatika Olimpiadası başa çatıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in dəstəyi ilə məktəblilərimizin də iştirak etdiyi Beynəlxalq İnformatika Olimpiadası başa çatıb – FOTO

10:00 - 12 / 09 / 2018
Azercell-in dəstəyi ilə məktəblilərimizin də iştirak etdiyi Beynəlxalq İnformatika Olimpiadası başa çatıb – FOTO

Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası başa çatıb.

Təhsil Nazilriyi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə ölkəmizdən də məktəblilərin iştirak etdiyi bu nüfuzlu olimpiadanın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın keçiriləcəyi ölkənin adı açıqlanıb. Belə ki, 2019-cu ildə Beynəlxaq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Onu da bildirək ki, 2019-cu ildə təşkil olunacaq IOI-da dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir.

Qeyd edək ki, bu il 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadaya yola düşməzdən öncə məktəblilərimiz Təhsil Nazirliyinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi dərslər keçiblər. Hazırlığın əsas məqsədi müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş xüsusi istedadlı şagirdlərin olimpiadalarda iştirakının stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və nümayiş etdirilməsi üçün şəraitin yaradılmasıdır. 

Təhsilin və gənclərin inkişafi üçün yardım və dəstək - “Azercell Telekom” MMC-in prioritet fəaliyyət sahələrindəndir. Şirkət çalışmağa başladığı ilk gündən bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirib və yüzlərlə tədbirə dəstək verib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

 

 

Paylaş:
477

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər