Yol polisi sürücülərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi sürücülərə xəbərdarlıq edib

11:36 - 12 / 09 / 2018
Yol polisi sürücülərə xəbərdarlıq edib

“Bilik günü”nə sayılı günlər qalıb. Bu səbəbdən yollarda, xüsusən də məktəb ətrafı ərazilərdə sıxlığı nəzərə alan yol polisigücləndirilmiş rejimdə çalışacaq.

1news.az-ın Xəzər Xəbər-ə istinadla verdiyi xəbərə görə, yol polisi sürücürələ xəbərdarlıq edib ki, avtomobillərini harada, necə gəldi saxlamasınlar.

Əks halda həmin avtomobillərin sürücülərinə cərimə yazılacaq. Hərəkətə mane olan nəqliyyat vasitələri isə evakuatorla cərimə meydançasına aparılacaq.

Bu haqda Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Vaqif Əsədov xüsusən məktəb ərazisindəki yollarda sürücülərə sürət həddinə əməl etməyi tövsiyyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır.

Bundan başqa yol polisi övladını 1-ci sinifə gətirən valideynlərə də maksimum dərəcədə az avtomobillə gəlmələrini xahiş edir.

Bu arada yeni dərs ili ərəfəsində hər il rayon qeydiyyatı avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyət bu il tətbiq edilməyəcək. Rayon qeydiyyatı avtomobillərin şəhərə girməsinə hələ ki, heç bir qadağa yoxdur.

S.Xankişiyeva

 

Paylaş:
600

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər