AZAL sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur  | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur 

14:47 - 13 / 09 / 2018
AZAL sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur 

Sentyabrın 13-də Bakıda “Azərbaycan Hava Yolları”nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilib.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunub.

Qeyd olunub ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.

AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə çıxışında qeyd edib ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğruldub və Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.

Öz növbəsində, “Buta Airways” (AZAL QSC-nin struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov bildirib ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olub. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açıb. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190” təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək.

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov öz yekun çıxışında vurğulayıb ki, AZAL, “Buta Airways” və “Silk Way Airlines” aviaşirkətləri yaxşı artım dinamikası göstərir və hab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilib.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” şirkəti tərəfindən maksimal 5 ulduz statutusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq,  bu il yüksək beynəlxalq səviyyədə tanınıb. Cari ilin 8 ayında Bakı hava limanı 3,080 milyon sərnişinə xidmət göstərib ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisi aeroportu 2,565 milyon sərnişinə xidmət göstərmişdir, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 milyon nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin böyük bir yük habıdır. Böyük İpək Yolunun bir hissəsi kimi o, Asiya, Avropa və digər qitələr arasında yük daşımalarında tranzit məntəqəsidir. Hazırda “Silk Way West Airlines” yük aviadaşıyıcısının təyyarə parkının genişləndirilməsi, xüsusilə donanmaya yeni “Boeing 777-F” təyyarələrinin əlavə olunması üzrə danışıqlar aparılır.

Cahangir Əsgərov AZAL-ın bütün struktur bölmələrinin göstəricilərinin müntəzəm monitorinqinin aparılmasına, şərəfli və məsuliyyətli vəzifə olan yeni tipli “Boeing 737 MAX” и “Boeing 777-F” təyyarələrini öyrənməsi üçün uçuş heyətinin hazırlığına tapşırıq vermişdir. Təbii ki, bütün bu vəzifələr uçuşların yüksək təhlükəsizlik səviyyəsinə uyğun olmalıdır.

“Rəsmən bəyan edirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun qapıları bütün aviaşirkətlər üçün açıqdır, biz əlçatanıq və hər bir istəyi yerinə yetirməyə hazırıq. Yaxın və uzaq xaricdən aviaşirkətləri xidmətlərin bütün spektrini ən yüksək səviyyədə təklif edən bizim gözəl Heydər Əliyev Beynəlxalq Aeroportuna uçmağa dəvət edirəm", deyə AZAL prezidenti bildirib.

Cahangir Əsgərov qeyd etmişdir ki, yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 milyon sərnişindən artıq olmalıdır: “Bu, bizim prioritet vəzifəmizdir və biz onu yerinə yetirməliyik”.

S.Xankişiyeva

 

 

Paylaş:
427

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər