Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir   | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir  

17:00 - 13 / 09 / 2018
Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir  

Klinikanın həkimləri Ergi kəndində pulsuz xidmət göstərəcəklər.

İnsanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC 7 ildir “Mobil Göz Klinikası” ilə aztəminatlı ailələrin və uşaqların ümid yerinə çevrilib.

2011-ci ildən indiyə qədər Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlara səfər edən, minlərlə ehtiyacı olan insana yardım edən klinikanın həkimləri sentyabrın 14-də Ağdamın Ergi kəndində xəstələri qəbul edəcək. Göz xəstəliklərindən əziyyət çəkən insanlar Azercell-in bu unikal layihəsindən yararlana bilərlər. Klinikaya müraciət etməklə insanlar peşəkar oftalmoloqların, mütəxəssislərin müayinəsindən keçib, gözlərin qorunması üçün zəruri məsləhətlər almaq imkanı əldə edəcəklər.

Ehtiyac olan təqdirdə xəstələrə eynək reseptləri də yazılacaq. Respublika miqyaslı bu təşəbbüs Ağdamda da valideyn himayəsindən məhrum olan uşaqları, həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində təkcə ötən ildən etibarən “Mobil Göz Klinkası”nda ümumilikdə 2300-ə yaxın şəxs müayinədən keçib.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 22 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına 1996-2017-ci illər ərzində 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Reklam hüququnda

Paylaş:
589

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər