Daşkəsəndə oğul ana və atasını baltalayıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsəndə oğul ana və atasını baltalayıb – VİDEO

15:50 - 14 / 09 / 2018
Daşkəsəndə oğul ana və atasını baltalayıb – VİDEO

Daşkəsəndə dəhşətli ailə münaqişəsi yaşanıb.

ARB TV xəbər verir ki, Daşkəsənin Qabaqtəpə kəndində 74 yaşlı İlyas Bağırov və həyat yoldaşı 64 yaşlı Tamara Bağırovaya onlarla bir yerdə yaşayan oğulları Firdovsi Bağırov balta ilə ağır xəsarətlər yetirib.

Yaralılar yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Firdovsi Bağırovun hadisəni törədərkən sərxoş olduğu bildirilir.

O narkotik maddə istifadəçisi olduğu üçün bir-neçə il məhkumluq həyatı yaşayıb.

Bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq ata-anasının yanında qalıb.

Mənsurə Zeynalova (zərərçəkənin nəvəsi) : "Nənəm çöldə odun yarırmış, bu da hardan gəlib, bilmirəm nə mübahisə ediblər, nənəmi ölümünə döyüb. O biri gəlinimiz gəlib hadisə yerinə, ona da xəsarət yetirmək istəyəndə gəlin qaçıb. Nənəmi döyəndən sonra qaçıb evdən. Ailəsini, uşağını yola vermirdi. Uşaqları yaxşı oxuyur, amma, orta məktəbə qoymurdu. Yoldaşına artıq-əskik sözlər deyirdi. Axır gəlin məcbur oldu, çıxdı getdi”.

Daşkəsən RPŞ əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı cinayət işi açılıb.

S.Xankişiyeva

Paylaş:
1061

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər