Bakıda market işçiləri yağ oğurlayan şəxsi döydülər – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda market işçiləri yağ oğurlayan şəxsi döydülər – VİDEO

16:52 - 18 / 09 / 2018
Bakıda market işçiləri yağ oğurlayan şəxsi döydülər – VİDEO

Bakıda mağazaların birində oğurluq edən şəxs işçilər tərəfindən tutulub.

1news.az-ın verdiyi xəbərə görə, hadisə Xətai rayonu ərazisində, Əhmədlidəki marketlərdən birində olub.

Market işçiləri mağazadan yağ oğurlayan şəxsi döyüblər. Ondan oğurladığı yağı alıblar və hadisə yerinə polis çağırılıb.

Məsələ ilə bağlı Xətai rayon polis bölməsindən hər hansı bir məlumat əldə edə bilmədik.

Qeyd edək ki, əgər oğurluq hadisəsi birinci dəfə baş veribsə, bunu edən şəxs inzibati şəkildə cəzalandırılaraq cərimə ödəyəcək. Marketin işçiləri oğrunu ciddi şəkildə zədələyibsə, onlar həbs oluna bilər.

S.Xankişiyeva

 

Paylaş:
4273

Son xəbərlər

Bütün xəbərlər