“İlin ən yaxşı avtomobili” adına namizədlər açıqlandı - SİYAHI | 1news.az | Xəbərlər
İqtisadiyyat

“İlin ən yaxşı avtomobili” adına namizədlər açıqlandı - SİYAHI

09:28 - 19 / 09 / 2018
“İlin ən yaxşı avtomobili” adına namizədlər açıqlandı - SİYAHI

"World Car of The Year 2019" mükafatının təşkilatçıları nominantların siyahısını açıqlayıblar.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, "Dünyada ilin ən yaxşı avtomobili" adına 35 maşın iddialıdır. Onlar arasında "Acura RDX", "Audi A1", "A6", "Q3", "BMW 3 Series", "BMW X2", "i8 Roadster", "Dacia Duster", "Ford Focus", "Hyundai Santa Fe", "Nexo", "Infiniti QX50", "Kia Ceed/Forte", "Soul", "Niro EV", "Toyota Avalon", "Corolla" və "RAV4" markaları var.

Siyahıda "Audi"dən 4 model, BMW, "Kia" və "Toyoto"dan 3, "Hyundai", "Jeep", "Jaguar", "Lexus", "Nissan" və "Volvo"dan isə 2 model var. "Acura", "Cadillac", "Citroen", "Dacia", "Ford", "Honda", "Infiniti", "SEAT", "Subaru" və "Suzuki" bir modellə təmsil olunur.

Ekspertlər "lüks" sinifli ən yaxşı maşını "Audi A7", "Q8", "BMW 8 Series", "Mercedes-Benz GLE" və "Volkswagen Touareg" markalarının arasından seçəcəklər.

Ən uğurlu "Şəhər modeli" adı uğrunda isə "Audi A1", "BMW X2", "Kia Soul", "Seat Arona" və "Suzuki Jimmy" yarışacaq.

Bütün bu avtomobilləri 85 ekspert və avtomobil istehsalçısından ibarət münsiflər heyəti qiymətləndirəcək. Mükafatın təqdim olunma mərasimi 2019-cu ilin aprelində Nyu Yorkda keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə "World Car of The Year" mükafatına "Volvo XC60" markalı avtomobil layiq görülmüşdü.

1news.az

Paylaş:
2060

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər