Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi

15:23 - 20 / 09 / 2018
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi

Nazirlər Kabineti ölkəyə gətirilən mobil telefonların qeydiyyatı ilə bağlı növbəti dəyişiklik barədə qərar qəbul edib.

1news.az-ın verdiyi xəbərə görə, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, mobil cihazların ölkəyə gətirilməsi ilə bağlı yeni rüsumlar satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara aid edilməyəcək.

Sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər əvvəlki kimi mobil cihazların idxalına görə yalnız gömrük rüsumu və əlavə dəyər vergisini ödəyəcəklər.

Fiziki şəxslər şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə isə “Dövlət rüsumu haqqında” Qanununa uyğun olaraq, həmin cihazın bazar qiymətindən asılı olaraq, müvafiq rüsum ödəyəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər