Qanunsuz ov edən Masallı sakini cəzalandırıldı

Sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.
M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.
1news.az
431